Əli Əsədov Numan Kurtulmuşla Azərbaycan-Türkiyə əlaqələrinin genişləndirilməsini müzakirə edib | 1news.az | Xəbərlər
Siyasət

Əli Əsədov Numan Kurtulmuşla Azərbaycan-Türkiyə əlaqələrinin genişləndirilməsini müzakirə edib

Qafar Ağayev14:05 - 23 / 02 / 2024
Əli Əsədov Numan Kurtulmuşla Azərbaycan-Türkiyə əlaqələrinin genişləndirilməsini müzakirə edib

Baş nazir Əli Əsədov fevralın 23-də ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin genişləndirilməsini müzakirə edib.

Bu barədə 1news.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bir millət, iki dövlət prinsipinə uyğun olaraq bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. İki ölkə arasında əlaqələrin dövlət başçılarının səyləri nəticəsində strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək zirvəsinə çatdığı bildirilib.

Dövlət başçısı İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ilk rəsmi səfərini Türkiyə Respublikasına etməsinin önəmi qeyd olunub, bunun iki ölkə rəhbərliyi arasında bir ənənəyə çevrilməsindən məmnunluq ifadə olunub. Eyni zamanda Azərbaycan-Türkiyə əlaqələrinin beynəlxalq təsisatlar çərçivəsində müvəffəqiyyətlə inkişaf etdiyi qeyd olunub, xüsusilə Türk Dövlətləri Təşkilatının regional və beynəlxalq gücə çevrilməsi yolunda atılan birgə addımların əhəmiyyəti vurğulanıb.

"Tərəflər dövlətlərarası münasibətlərin inkişafında parlamentlərin rolunu qeyd ediblər, Milli Məclislə Türkiyə Böyük Millət Məclisi arasında qarşılıqlı faydalı əməkdaşlığı yüksək qiymətləndiriblər. Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında quruma sədrliyin Türkiyədən Azərbaycana keçməsinin əhəmiyyətinə toxunan Ə.Əsədov Türkiyənin sədrliyi dövründə Assambleyanın beynəlxalq nüfuzunun daha da artdığını, qlobal sülh və inkişaf naminə parlamentlərarası əməkdaşlığın genişləndiyini bildirib", - məlumatda qeyd edilib.

Paylaş:
300

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər