Keçmiş məhkumdan tapança götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Keçmiş məhkumdan tapança götürülüb

10:07 - 23 / 02 / 2024
Keçmiş məhkumdan tapança götürülüb

Keçmiş məhkumda tapança aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Anar Eldarov H.Z.Tağıyev dəmir yolu stansiyası ərazisində saxlanılıb.
Ondan nömrəsi silinmiş “Makarov” markalı tapança, 5 ədəd patron, 1 ədəd patron darağı, həmçinin müxtəlif çəkilərdə narkotik vasitələr və 19 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

Paylaş:
277

Son xəbərlər

Bütün xəbərlər