Ərdoğan: “Dünya Xocalıda baş verənlərə qarşı bir tədbir görmədi”
"Azərbaycan torpaqları və onun tərkib hissəsi olan Qarabağ uzun illər işğal altında qaldı".
1news.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryada keçirilən tədbirdə deyib.
"Xocalı başda olmaqla, bu bölgələrdə çoxlu soyqırımlar törədildi. Lakin dünya buna qarşı bir tədbir görmədi".
O qeyd edib ki, bölgə ölkələrinin gücü onların birliyindən irəli gələ bilər. Ərdoğan, həmçinin BMT Təhlükəsizlik Şurasının heç bir təsir edici gücə malik olmadığını da vurğulayıb.
282