“Qəbələ”nin baş məşqçisi istefa verib | 1news.az | Xəbərlər
İdman

“Qəbələ”nin baş məşqçisi istefa verib

Qafar Ağayev12:10 - 24 / 02 / 2024
“Qəbələ”nin baş məşqçisi istefa verib

“Qəbələ” komandasının baş məşqçisi Elmar Baxşıyev istefa verib.

1news.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, klub rəhbərliyi 44 yaşlı mütəxəssisin istefasını qəbul edib.

2015-ci ilin iyunundan “Qəbələ”nin əvəzedicilərinin məşqçisi, 2017-ci ilin iyulunda baş məşqçisi kimi çalışan Baxşıyev 2018-ci ildən əsas komandada işləyib.

2019-cu ilin avqustunda baş məşqçi təyin olunan mütəxəssis bu müddətdə ümumilikdə 155 oyunda bu vəzifəni yerinə yetirib. Komanda onun rəhbərliyi altında 52 qələbə qazanıb, 41 heç-heçə edib və 62 dəfə uduzub. “Qəbələ” Baxşıyevin rəhbərliyi altında 2022/2023 mövsümündə Azərbaycan Kubokunun qalibi olub.

Paylaş:
845

Son xəbərlər

Bütün xəbərlər