Qarabağ Universitetinin tələbələrinə həvəsləndirici təqaüd veriləcək - Nazir | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağ Universitetinin tələbələrinə həvəsləndirici təqaüd veriləcək - Nazir

Qafar Ağayev13:35 - 26 / 02 / 2024
Qarabağ Universitetinin tələbələrinə həvəsləndirici təqaüd veriləcək - Nazir

Xankəndidə fəaliyyət göstərəcək Qarabağ Universitetinə yüksək balla qəbul olacaq tələbələrə həvəsləndirici təqaüd veriləcək.

1news.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, hazırda universitetin fəaliyyətə başlaması üçün lazım olan hazırlıq işləri davam edir: “Universitetdə təhsil alacaq bütün tələbələrin orada qalması üçün hamısının yataqxanada qalması təmin ediləcək”.

Qeyd edək ki, Qarabağ Universitetində yeni tədris ilindən tələbə qəbulunun aparılması nəzərdə tutulub.

Paylaş:
250

Son xəbərlər

Bütün xəbərlər