Həvəsdən şəxsi biznesə: tovuzlu Vüsalə Əhmədova qadınların və uşaqların inkişafına necə kömək edir? | 1news.az | Xəbərlər
Cəmiyyət

Həvəsdən şəxsi biznesə: tovuzlu Vüsalə Əhmədova qadınların və uşaqların inkişafına necə kömək edir?

12:00 - 04 / 03 / 2024
Həvəsdən şəxsi biznesə: tovuzlu Vüsalə Əhmədova qadınların və uşaqların inkişafına necə kömək edir?

Azərbaycanın qərbində yerləşən Tovuz rayon sakini olan ingilis dili müəlliməsi Vüsalə Əhmədova doğma şəhərində “Edu Prime” adlı təhsil akademiyası açıb. Bu özəl təhsil müəssisəsində uşaqlar ibtidai məktəbə hazırlaşmaqla yanaşı, həm də əqli və fiziki cəhətdən inkişaf etmək imkanı qazanırlar. Beləcə Vüsalə kənddə təhsilin inkişafına böyük töhfə verməklə yanaşı, həm də uğurlu sahibkar olmağı bacarıb.

“Mən ingilis dilini lüğətin köməyi ilə özüm öyrənmişəm”

Hər şey onun uşaqlıqdan ingilis dilinə olan həvəsindən başlayıb: “İngilis dili ilə 1993-cü ildə, 5-ci sinifdə oxuyarkən tanış olmuşam. Mən dərhal bu dilə aşiq oldum və onu öyrənmək üçün daxili motivasiya qazandım. Həmin vaxt bizdə nə xüsusi şərait, nə də müəllimlər olmadığından dili lüğətin köməyi ilə özüm öyrənməli oldum. İngilis dilini məhz bu cür öyrəndim və sonradan onu tədris etməyə başladım”.

Kurs açmaq ideyası Vüsaləyə Dadaşsoy Biznes Məktəbinin təsisçisi Elvin Dadaşsoyun “Biznes qurmaq sənəti” təlimində iştirak edərkən gəlib. Onun üçün əsas motivasiya kənd sakinlərinə təhsil sahəsində fayda vermək istəyi olub.

“Əlbəttə, ilk vaxtlar maliyyə çətinlikləri var idi. Amma zaman keçdikcə onları həll edə bildik”, - Əhmədova deyir.

İdeyadan şəxsi biznesə

Biznes sahəsində ilk addımlarını atan sahibkara Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi EU4Business proqramı çərçivəsində yardım göstərilib. Vüsalə kənd yerlərində biznesin inkişafına dəstək layihəsi çərçivəsində özünüqiymətləndirmə və özünə inamın artırılması, biznesin planlaşdırılması üçün faydalı məlumatların əldə edilməsi və digər vacib məsələlərə həsr olunmuş təlimlərdə iştirak edib. "Mən demək olar ki, hər şeyi sıfırdan başladım, bu səbəbdən də həm maliyyə, həm də bacarıq baxımından çox çətinliklərlə üzləşdim", - deyə Vüsalə izah edir və əlavə edir ki, həmin təlim onun biznesi üçün lazımi bacarıqlara yiyələnməkdə və özünə inamını artırmaqda mühüm rol oyanyıb.

İndi onun mərkəzi həqiqətən tam şəkildə çalışmağa başlayıb: “Kurslarımız 2018-ci ildən fəaliyyət göstərir. Burada ingilis dili ilə yanaşı, alman və rus dilləri tədris olunur, kompüter və tibb kursları, məktəbəqədər hazırlıq, uşaq bağçası da var. Hazırda akademiyamızda 120 şagird təhsil alır və ingilis dili ən çox tələb olunan istiqamətlərdən biridir”, - Vüsalə Əhmədova deyir.

Qadınların iqtisadi azadlığına kiçik töhfə belə artıq böyük uğurdur

Hazırda onun rəhbərlik etdiyi kursda 12 nəfər çalışır ki, onların hamısı qadındır. O, bunun karyera yolunda qadınlara dəstək baxımından çox vacib olduğunu və daimi iş üçün ixtisaslı kadrların kəskin çatışmazlığının olduğunu və müəllim tapmaqda çətinlik çəkdiyini qeyd edir.

“Kurslarımızın Azərbaycan və xüsusən də rayonumuz üçün əhəmiyyəti çox böyükdür. Valideynlər məmnuniyyətlə övladlarını bizim kurslara gətirir və eyni anda bir neçə istiqaməti seçirlər. Bütün fənlərin eyni məkanda tədris olunması onlar üçün rahatdır. Digər üstünlüyümüz isə hər qrupda maksimum 6 nəfərin təhsil almasıdır”, - Vüsalə deyir. O, dərslərin interaktiv formatda keçirilməsinin uşaqların diqqətini və marağını saxlamağa kömək etdiyini bildirir.

Sahibkarlıq fəaliyyətində gender problemləri və ayrı-seçkiliklə qarşılaşıb-qarşılaşmadığı ilə bağlı sualı cavablandırarkən Vüsalə indiyədək çox çətinliklərlə üzləşdiyini etiraf edir. Buna görə də o, hazırda bu mövzuda fəal maarifləndirmə işləri aparır, cəmiyyətin gender məsələlərinə münasibətini dəyişməyə çalışır.

“Biz hələ də müntəzəm olaraq gender ayrı-seçkiliyi ilə üzləşirik. Məsələn, bir çox hallarda kişilər həyat yoldaşlarını qadınların inkişafına yönələn tədbirlərə buraxmırlar. Eyni zamanda, çox sevindirici haldır ki, biz qadınlara təhsillə yanaşı, müəyyən bacarıqlar da aşılaya bilirik. Əgər biz kurslarımızda təhsil alan qadınların iqtisadi azadlığına kiçik də olsa töhfə verə bilsək, bu, böyük uğur sayılmalıdır”, - Vüsalə deyir.

Vüsalə Əhmədova beş Şərq Tərəfdaşlığı (ŞT) ölkəsi - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada kiçik və orta sahibkarlıq müəssisələrinin inkişafını dəstəkləyən EU4Business proqramı çərçivəsində dəstək alıb. EU4Business proqramı özəl sektorda daha çox iş yeri və gəlirin artırılması vasitəsilə ŞT regionunda sosial-iqtisadi vəziyyəti yaxşılaşdırmağa çalışır. Azərbaycanda EU4Business və Aİ tərəfindən dəstəklənən digər proqramlar çərçivəsində qadınlar üçün təlim və maliyyə imkanları haqqında daha ətraflı məlumatı burada tapa bilərsiniz.

Leyla Məmmədova

Məqalə “EU NEIGHBOURS east” layihəsi çərçivəsində hazırlanıb.

Paylaş:
822

Son xəbərlər

Şamaxıda narkokuryer tutuldu26 / 07 / 2024, 17:48MSK parlament seçkiləriylə əlaqədar seçki bülletenlərinə aid tələbləri təsdiqləyəcək26 / 07 / 2024, 17:40Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib26 / 07 / 2024, 17:27Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinə dekan təyin olunub26 / 07 / 2024, 17:24AZAL iki milyonuncu sərnişinini mükafatlandırdı26 / 07 / 2024, 17:08Aİ Şurası Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndə təyin edib26 / 07 / 2024, 17:05PAŞA Holding-in törəmə şirkətlərindən olan PAŞA Sığorta “İnklüzivlik ayı” adı altında sosial layihə həyata keçirib - FOTO26 / 07 / 2024, 17:00Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb26 / 07 / 2024, 16:49Qazaxıstanla müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq haqqında saziş təsdiqləndi26 / 07 / 2024, 16:41Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu yenidən qurulur - FOTO26 / 07 / 2024, 16:37Şimşək, yağış, 33 dərəcə isti - Faktiki hava26 / 07 / 2024, 16:29Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib26 / 07 / 2024, 16:23İqtisadiyyat Nazirliyində qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib26 / 07 / 2024, 16:15Milli Hidrometeorologiya Xidməti gözlənilən güclü küləkli hava şəraiti və sel təhlükəsi ilə bağlı çağırış edib26 / 07 / 2024, 16:01Qatarlara minik asanlaşdı: artıq elektron şəxsiyyət vəsiqəsi də keçərlidir26 / 07 / 2024, 15:53Azərbaycanın mədəniyyət naziri Serbiyanın mədəniyyət naziri ilə görüşüb26 / 07 / 2024, 15:45Təqaüdündən yığdığı 6600 manatla tur paketi aldı, aldadıldı - Şirkət və DİN-dən reaksiya26 / 07 / 2024, 14:38SİMA-nın yeni Videozəng həlli istifadəyə verildi26 / 07 / 2024, 14:35Mərkəzi Bank “Naxçıvanbank”da hesabı olanlara müraciət etdi26 / 07 / 2024, 14:29Qaxda Kürmükçaydan sel keçir26 / 07 / 2024, 14:26
Bütün xəbərlər