COP29-un Təşkilat Komitəsində təmsil olunan QHT-lər və ekoloji profil üzrə bir sıra ekspertlər ilə görüş keçirilib | 1news.az | Xəbərlər
Siyasət

COP29-un Təşkilat Komitəsində təmsil olunan QHT-lər və ekoloji profil üzrə bir sıra ekspertlər ilə görüş keçirilib

Qafar Ağayev17:38 - 26 / 02 / 2024
COP29-un Təşkilat Komitəsində təmsil olunan QHT-lər və ekoloji profil üzrə bir sıra ekspertlər ilə görüş keçirilib

Fevralın 26-da QHT-lərə Dövlət Dəstəyi Agentliyində Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən COP29, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsində təmsil olunan QHT-lərlə, o cümlədən ekoloji profil üzrə fəaliyyət göstərən bir sıra ekspertlərlə görüş keçirilib.

1news.az xəbər verir ki, görüşdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə bağlı Azərbaycan QHT-lərindən olan gözləntilər diqqətə çatdırılıb, onların COP29-da fəal şəkildə iştirakı üçün zəruri məsələlər müzakirə edilib.

Qeyd olunub ki, Təşkilat Komitəsində dövlət qurumları ilə yanaşı, müvafiq profil üzrə işgüzar, ən fəal vətəndaş cəmiyyəti təsisatlarının yüksək səviyyədə təmsilçiliyi Azərbaycan dövlətinin QHT-lərə yaratdığı şəraitin, göstərilən böyük etimadın parlaq nümunəsidir.

Görüşdə COP29-la əlaqədar müvafiq Təşkilat Komitəsinin üzvləri – QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, “EkoSfera” Sosial Ekoloji Mərkəzinin İdarə Heyətinin sədri Firuzə Sultanzadə, “Qadın, İnkişaf, Gələcək” İctimai Birliyinin sədri Gülşən Axundova, “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru, “Environmental Protection First” Koalisiyasının həmtəsisçisi Pərvanə Vəliyeva, Gənclərin Gender Bərabərliyi Mərkəzi “Gender Hub” İctimai Birliyinin sədri Məryəm Məcidova, həmçinin ekoloji profil üzrə fəaliyyət göstərən bir sıra ekspertlər, o cümlədən İsa Əliyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov və digər şəxslər iştirak edib.

Müzakirələr və müvafiq məsləhətləşmələr mütəmadi olaraq davam etdiriləcək.

Paylaş:
309

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər