Almaniyada Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı aksiya keçirilib - FOTO | 1news.az | Xəbərlər
Dünya

Almaniyada Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı aksiya keçirilib - FOTO

Qafar Ağayev10:34 - 26 / 02 / 2024
Almaniyada Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı aksiya keçirilib - FOTO

Almaniyanın Köln şəhərində Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən 1news.az-a bildirilib ki, Avropa Azərbaycan Mərkəzinin təşkilatçılığı ilə Köln Kafedralının qarşısında baş tutan aksiyada Köln və ətraf şəhərlərdə yaşayan azərbaycanlılar, Azərbaycana dost münasibəti bəsləyən icmaların nümayəndələri iştirak edib.

İlk olaraq Azərbaycanın Dövlət Himni səsləndirilib, daha sonra canlarını vətən torpaqları uğrunda fəda edən şəhidlərin və Xocalıda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Avropa Azərbaycan Mərkəzinin sədri Zaur Əliyev, sədr müavini Sərdar Əliyev, mərkəzin idarə heyətinin üzvü Qəzənfər Kazımov, şəhid ailələrinin üzvləri və digər şəxslər çıxış edərək, Xocalı soyqırımından 32 il ötməsinə baxmayaraq, xaricdə yaşayan azərbaycanlıların o dəhşətli günlərin ağrı-acısını unutmadığını, Xocalı soyqırımı törədənlərin layiqli cəza alması üçün Azərbaycan diasporu tərəfindən mütəmadi olaraq müxtəlif səpkili tədbirlər həyata keçirildiyini bildiriblər.

Xocalı soyqırımının bəşəriyyətə, insanlığa qarşı törədilmiş cinayət olduğu və bu faciənin tarixdə ermənilərin həyata keçirdiyi yeganə soyqırımı aktı olmadığı bildirilib, bu qətliamın soyqırımı aktı kimi tanınması üçün alman və Azərbaycan dillərində şüarlar səsləndirilib.

Aksiyada tədbir iştirakçıları tərəfindən erməni vandalizmini əks etdirən informativ plakatlar nümayiş olunub, alman və ingilis dillərində nəşr olunmuş kitablar, fleyerlər, broşürlər şəhər sakinlərinə paylanıb. Xocalı soyqırımının dəhşətlərini özündə əks etdirən fotolardan ibarət fotosərgi yerli ictimaiyyətin marağına səbəb olub.

Azərbaycan, Türkiyə və Almaniyanın dövlət bayraqlarının dalğalandığı, 200-dən çox şəxsin iştirak etdiyi tədbir “Koroğlu” üvertürasının səslənməsi ilə başa çatıb.

Paylaş:
636

Son xəbərlər

Naxçıvan Sənaye Parkı yaradılır - FƏRMANBu gün, 14:53Azərbaycanın rabitə və informasiya texnologiyaları sahəsi işçiləri “Tərəqqi” medalı ilə təltif ediliblər - SİYAHIBu gün, 14:38Prezident Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumunun iştirakçılarına müraciət ünvanlayıbBu gün, 14:34Leysan yağacaq - HAVA PROQNOZUBu gün, 13:19Sumqayıtda 61 yaşlı kişinin meyiti tapılıbBu gün, 13:16Bu ərazinin qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 12:51Azərbaycanın marketinq uğurları dünya miqyasında təqdim olunacaqBu gün, 12:42Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeli qurumların sayı artırılıbBu gün, 12:21Vüqar Həşimovun Novxanıda evdə partlayışda xəsarət alan valideynlərinin vəziyyəti açıqlanıbBu gün, 11:57FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:32İlham Əliyev Tailand Kralını təbrik edibBu gün, 11:12Prezident Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçılarına müraciət ünvanlayıbBu gün, 10:52Prezident: Ermənistanın sürətlə silahlanması dayanıqlı sülhün əldə olunmasını əngəlləyirBu gün, 10:41Azərbaycan Prezidenti: Xalqımız ədalətsizliklə heç vaxt barışmayıbBu gün, 10:21Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 10:12Qərbi Azərbaycan həqiqətlərinin təbliği sahəsində fərqlənən bir qrup şəxs təltif edilib - SİYAHIBu gün, 09:55İlham Əliyev Bakıda Qərbi Azərbaycana qayıdışla bağlı keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət edibBu gün, 09:53Azərbaycan neftinin bahalaşması davam edirBu gün, 09:36Gəncədə taksi sürücüsü bıçaqlanıbBu gün, 09:23Daha bir piyada keçidinin inşası yekunlaşdırılıbBu gün, 09:09
Bütün xəbərlər