Zabrat-Kürdəxanı şosesi ilə Əjdər Məlikov küçəsinin kəsişməsində yenilik | 1news.az | Xəbərlər
Cəmiyyət

Zabrat-Kürdəxanı şosesi ilə Əjdər Məlikov küçəsinin kəsişməsində yenilik

Qafar Ağayev15:07 - 27 / 02 / 2024
Zabrat-Kürdəxanı şosesi ilə Əjdər Məlikov küçəsinin kəsişməsində yenilik

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları həm yerində baxış keçirməklə, həm də müşahidə kameralarının imkanlarından istifadə etməklə paytaxtın Sabuçu rayonu, Zabrat-Kürdəxanı şosesi ilə Əjdər Məlikov küçəsinin kəsişməsində təhlillər aparıblar.

NİİM-dən 1news.az-a verilən məlumata görə, piyadaların təhlükəsiz hərəkətini təmin etmək və baş verən yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün Məmmədli dairəsindən bir neçə metr irəlidə, Zabrat şosesi istiqamətində avtomobillərin rahat sola dönməsi üçün svetoforun yaşıl işığının müddəti 10 saniyə artırılıb. Bununla yanaşı, qarşıda piyadalar üçün piyada seksiyası ilə təchiz olunmuş svetofor quraşdırılıb. Görülən işlər nəticəsində qeyd olunan yolayrıcında sürücü və piyadaların təhlükəsizliyi təmin edilib.

Paylaş:
411

Son xəbərlər

Bütün xəbərlər