3 saylı “ASAN xidmət” mərkəzi 1 aylıq bağlanacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

3 saylı “ASAN xidmət” mərkəzi 1 aylıq bağlanacaq

Qafar Ağayev10:27 - 28 / 02 / 2024
3 saylı “ASAN xidmət” mərkəzi 1 aylıq bağlanacaq

Bakı şəhərində yerləşən 3 saylı (Yasamal rayonu) “ASAN xidmət” mərkəzi zəruri təmir-bərpa işləri ilə əlaqədar 1 mart tarixindən bir ay müddətinə bağlanacaq.

Qurumdan 1news.az-a verilən məlumata görə, ​Vətəndaşlarımız qeyd olunan tarixdən Bakı şəhərində yerləşən digər “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

​Hazır sənədlərini 3 saylı “ASAN xidmət” mərkəzindən əldə etməli olan vətəndaşlarımızdan 2024-cü ilin 1 mart tarixindən etibarən 7 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət etmələrini xahiş edirik.

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi 83

​“ASAN xidmət” mərkəzlərinin ünvanları barədə ətraflı məlumatı https://asan.gov.az/service-centers/asan-xidmetler keçidi və ya 108 Çağrı Mərkəzi vasitəsilə əldə etmək olar.

Paylaş:
703

Son xəbərlər

Bütün xəbərlər