Bakıda 10 yeni metro stansiyasının tikintisi planlaşdırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 10 yeni metro stansiyasının tikintisi planlaşdırılıb

Qafar Ağayev15:12 - 29 / 02 / 2024
Bakıda 10 yeni metro stansiyasının tikintisi planlaşdırılıb

Metronun davamlı inkişafı məqsədilə müvafiq tikinti planı hazırlanıb və “Bakı Metropoliteni”nin Müşahidə Şurası tərəfdən təsdiq edilib.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov deyib.

O bildirib ki, tikinti planında minimum ssenari üzrə Bakıda 5-7 il müddətində 10 yeni metro stansiyasının tikintisi layihəsinə üstünlük verilib.
O əlavə edib ki, 2022-ci ildən metroda tikinti və yenidənqurma işlərinə, yeni vaqonların alınmasına 194,6 milyon manat vəsait ayrılıb.

Paylaş:
513

Son xəbərlər

Bütün xəbərlər