XİN rəhbərinin müavini Tokioda iqlim dəyişikliyinə dair görüşdə çıxış edib | 1news.az | Xəbərlər
Siyasət

XİN rəhbərinin müavini Tokioda iqlim dəyişikliyinə dair görüşdə çıxış edib

Qafar Ağayev17:00 - 29 / 02 / 2024
XİN rəhbərinin müavini Tokioda iqlim dəyişikliyinə dair görüşdə çıxış edib

Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Yaponiyada səfərdədir.

1news.az xəbər verir ki, bu barədə COP29-un “X” sosial səhifəsində məlumat verilib.

Qeyd olunub ki, Yalçın Rəfiyev bu gün Tokioda keçirilən İqlim Dəyişikliyinə Qarşı Əlavə Fəaliyyətlərə dair 22-ci Görüşdə çıxış edib.

Nazir müavini hamı üçün davamlı və firavan gələcəyə dair ümumi baxışları çatdırmaq üçün əməkdaşlığa, artan öhdəliklərə və kollektiv fəaliyyətə ehtiyac olduğunu yenidən diqqətə çatdırıb.

Paylaş:
343

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər