Sevinc Fətəliyeva: “Avropa Parlamenti dövlətimizin ərazilərini işğaldan azad etməsini həzm edə bilmir” | 1news.az | Xəbərlər
Siyasət

Sevinc Fətəliyeva: “Avropa Parlamenti dövlətimizin ərazilərini işğaldan azad etməsini həzm edə bilmir”

Qafar Ağayev17:40 - 29 / 02 / 2024
Sevinc Fətəliyeva: “Avropa Parlamenti dövlətimizin ərazilərini işğaldan azad etməsini həzm edə bilmir”

“Avropa Parlamentinin fevralın 28-də “Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi” ilə bağlı qəbul etdiyi illik hesabatda Azərbaycanla bağlı əksini tapmış qərəzli məqamlar qəbulolunmazdır”.

Bu fikirləri 1news.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

“Erməni lobbisinin, anti-azərbaycançı mərkəzlərin yuvasına çevrilmiş Avropa Parlamenti dövlətimizin ərazilərini işğaldan azad etməsini, Qarabağ ərazisində öz suverenliyini təmin etməsini, separatizmin kökünü kəsməsini həzm edə bilmir. Biz görürük ki, Avropanın özündə separatizmə qarşı mübarizə aparılanda Avropa Parlamenti fərqli mövqe nümayiş etdirir. Beynəlxalq hüquq normalı bütün dövlətlər üçün bərabərdir. Bu təşkilatın məsələyə fərqli yanaşmaq cəhdləri yolverilməzdir”.

Deputat bildirib ki, Ermənistanın 30 illik işğalı dövründə Avropa Parlamenti bu ölkənin işğalçı siyasətini pisləyən qətnamələr qəbul etməyib, əksinə “insan hüquqları” bəhanəsi ilə Azərbaycana qarşı sənədlər qəbul edib. Ötən ilin oktyabr ayında isə bu qurumda işğalçı Ermənistanın baş nazirinin yüksək səviyyədə qarşılanması isə əsl gerçəklikləri ortaya qoymuş oldu. Hansı ki, Paşinyan məhz 44 günlük müharibə zamanı ermənilər tərəfindən Gəncədə törədilmiş terror hadisəsinin ildönümü zamanı – 17 oktyabr tarixində çıxış etmişdi. Yəqin ki, bu təsadüf deyil, Avropa Parlamenti ilə Ermənistanın düşünülmüş addımı idi. Bu faktlar göstəri ki, Avropa Parlamenti bu müharibə cinayətlərini törətmiş Ermənistanla həmrəydir.

Millət vəkilinin sözlərinə görə, bu gün Avropadakı islamofobiya, dini dözümsüzluk, müəyyən dairələrin maraqlarının və ambisiyaların həyata keçirilməsi hər kəsə bəllidir. Avropa Parlamentinin üzvləri siyasi korrupsiyaya qurşanıb ermənilərə lobbiçilik edərək ikili standartlardan çıxış edirlər. Belə olan halda, onlar kimdənsə nəyisə tələb edə bilməz. Müharibə cinayətləri törətmiş Ermənistanı müdaifə etmək, bu ölkənin başçısına yüksək “qonaqpərvərlik” göstərmək və onunla həmrəylik ifadə etmək, əslində, bu ölkənin cinayətlərinə dəstək vermək deməkdir. Bununla da, Avropa Parlamenti bir daha gerçək simasını nümayiş etdirmiş oldu.

“Bütün bunların fonunda Avropa Parlamentinin hesabatında Azərbaycana qarşı sanksiyalar, enerji layihələrini dayandırmağı tələb etmək cəfəngiyyatdan başqa bir şey deyil. Azərbaycan beynəlxalq hüquq qarşısında, üzv təşkilatlar qarşısında öz öhdəliklərini layiqincə yerinə yetirir. Lakin bu, heç kimə Azərbaycanın daxili işlərinə qarışmaq hüququnu vermir. Azərbaycanın Prezidenti dövlətin və xalqın maraqlarının qorunması istiqamətində uğurlu siyasət həyata keçirir. Biz bütün dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığı manipulyasiya əsasında deyil, yalnız bərabər hüquq əsasında qura bilərik. Heç bir təşkilat ölkəmizlə diktə dilində danışa bilməz. Avropa Parlamentinin hesabatındakı məqamlar da heç bir əhəmiyyət daşımır. Artıq Azərbaycan Parlamenti Avropa Parlamentinə məsələ ilə bağlı etirazını bildirib. Milli Məclisin bəyanatında qeyd olunduğu kimi, görünən budur ki, Avropa Parlamenti artıq Fransanın anti-Azərbaycan siyasətini aşkar şəkildə mənimsəyib, Makron və Borrel kimi “siyasətçilər”in konkret məqsədlərə xidmət edən düşüncələrini özünə siyasi xətt kimi seçib. Bu düşüncələri sülh, təhlükəsizlik və demokratiya səyləri ilə pərdələməkdən isə çəkinmirlər. Avropa Parlamenti başa düşməlidir ki, daha əvvəl qəbul etdiyi qətnamələr kimi, bu sənəd də Azərbaycan üçün kağız parçasından başqa bir şey deyil. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi heç kim tərəfindən şübhə altına alına bilməz. Heç kim Azərbaycana təzyiq göstərə bilməz”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.

Paylaş:
358

Son xəbərlər

Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda aparılan işlərlə tanış olubBu gün, 15:23İlham Əliyev Ağdamın Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış olubBu gün, 15:06İlham Əliyev “Aghdam City Hotel”in açılışında iştirak edibBu gün, 14:33ADY və “Qırğızıstan Dəmir Yolları” birgə səylərini gücləndirirBu gün, 14:24Prezident İmarət Kompleksinin açılışındaBu gün, 14:19Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılırBu gün, 14:15Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıbBu gün, 14:01Prezident Ağdam Sənaye Parkında Dam örtükləri istehsalı zavodunun açılışında iştirak edibBu gün, 13:42Ağdam Sənaye Parkında Havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsalı zavodu istifadəyə verilibBu gün, 13:27Sığortaolunanların sayı 2,39% artıbBu gün, 13:25Dövlət başçısı Ağdamda Divar kağızları istehsalı zavodunun açılışındaBu gün, 13:25Ağdamda Avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı zavodunun açılışı olubBu gün, 13:10“Antiterror tədbirlərinin Ermənistan XİN tərəfindən “etnik təmizləmə” kimi qələmə verilməsi qəbuledilməzdir”Bu gün, 12:51DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQBu gün, 12:44Sabah yağış yağacaq - ProqnozBu gün, 12:34Bakı Fond Birjası yeni brend kimliyini təqdim edibBu gün, 12:28Prezident Ağdamın Kəngərli kəndində aparılan bərpa işləri ilə tanış olubBu gün, 12:16Berlində Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib - FOTOBu gün, 12:11İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edibBu gün, 11:52Səhiyyə Nazirliyi özəl tibb müəssisələrinə müraciət edibBu gün, 11:35
Bütün xəbərlər