Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb

Qafar Ağayev17:49 - 29 / 02 / 2024
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb

29 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb.

Bu barədə 1news.az-a XİN-dən məlumat verilib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Antalya Diplomatiya Forumunda iştirakı, “Türk dünyasında institusionallaşma: 21-ci əsrdə Türk Dövlətləri Təşkilatı” panelində çıxışı, eləcə də çoxsaylı ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Paylaş:
244

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər