Albaniya ilə iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə olunub - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Albaniya ilə iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə olunub - FOTO

Qafar Ağayev15:54 - 01 / 03 / 2024
Albaniya ilə iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə olunub - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika naziri Belinda Balluku arasında görüş keçirilib.

1news.az xəbər verir ki, görüşdə Albaniya ilə əlaqələrin inkişaf etdiyi, əməkdaşlığın genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin, aparılan danışıqların önəmi vurğulanıb. Qeyd olunub ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi ikitərəfli münasibətlər kontekstində mühüm yer tutur. Bu baxımdan işgüzar səfərlərin, görüşlərin və müxtəlif formatlarda tədbirlərin təşkili səmərəli iqtisadi tərəfdaşlığın qurulmasında faydalıdır.

Görüşdə ölkəmizin əlverişli biznes və investisiya mühiti, sərmayədarlar üçün yaradılan imkanlar barədə məlumat verilib, Albaniya ilə enerji, ticarət, investisiya, sənaye, aqrar, turizm, nəqliyyat və infrastruktur sahələrində tərəfdaşlığın gücləndirilməsi potensialı diqqətə çatdırılıb.

Tərəflər ikitərəfli biznes tərəfdaşlığının, sərmayə qoyuluşunun və birgə fəaliyyətin təşviqi imkanları barədə müzakirə aparıblar.

Görüş çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş imzalanıb. Sənədə əsasən Azərbaycan və Albaniya arasında prioritet layihələr, o cümlədən ticarət, investisiya, enerji, nəqliyyat, infrastruktur, kənd təsərrüfatı, turizm, ətraf mühit, humanitar və digər istiqamətləri üzrə əməkdaşlığın təşviqi nəzərdə tutulur.

Paylaş:
275

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər