Yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə nazirlərin 6-cı iclası keçirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə nazirlərin 6-cı iclası keçirilib

Qafar Ağayev16:53 - 01 / 03 / 2024
Yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə nazirlərin 6-cı iclası keçirilib

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 2-ci iclası çərçivəsində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin 6-cı iclası keçirilib.

1news.az xəbər verir ki, tədbirdə Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Gürcüstanı Baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, Rumıniyanı energetika naziri Sebastian Burduja, Macarıstanı Xarici İşlər və Ticarət Nazirliyinin təhlükəsizlik siyasəti və enerji təhlükəsizliyi üzrə dövlət katibinin müavini Csaba Marosvarı təmsil edib. Görüşdə, həmçinin Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson, Bolqarıstanın energetika nazirinin müavini İva Petrova, “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev, ölkələrin ötürücü sistem operatorları, müvafiq qurumları və “CESI” şirkətinin nümayəndələri də iştirak edib.

İclasda CESI şirkəti tərəfindən layihənin Texniki-İqtisadi Əsaslandırmasına (TİƏ) başlanması yüksək qiymətləndirilib. Koordinasiyalı fəaliyyət üzrə 4 ölkənin ötürücü sistem operatorları arasında Birgə Müəssisənin yaradılması üçün məsləhətçi hüquq şirkətinin müəyyənləşdirilməsi məqsədilə tenderin keçirilməsi qərara alınıb. CESI-nin koordinasiyası, Rumıniya və Macarıstan ötürücü sistem operatorlarının dəstəyi ilə PMI statusu ilə bağlı müraciət istiqamətində əməkdaşlıq barədə razılıq əldə olunub. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji dəhlizi ilə bağlı təşəbbüsə dəstək ifadə olunub. Regional enerji təhlükəsizliyinin və əlaqənin gücləndirilməsi istiqamətində dialoq və əməkdaşlığı davam etdirmək razılaşdırılıb.

Sonda iclasın yekunlarına dair Protokol imzalanıb.

Qeyd edək ki, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” 17 dekabr 2022-ci ildə Buxarestdə imzalanıb.

Paylaş:
278

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər