BƏƏ ilə iqtisadi tərəfdaşlığın inkişafı istiqamətləri müzakirə olunub | 1news.az | Xəbərlər
İqtisadiyyat

BƏƏ ilə iqtisadi tərəfdaşlığın inkişafı istiqamətləri müzakirə olunub

Qafar Ağayev17:36 - 01 / 03 / 2024
BƏƏ ilə iqtisadi tərəfdaşlığın inkişafı istiqamətləri müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov, SOCAR prezidenti Rövşən Nəcəf və Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Məhəmməd Al Mazrui arasında görüş keçirilib.

1news.az xəbər verir ki, görüşdə qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələrinin yüksək səviyyədə olduğu, dövlət başçılarının birgə siyasi iradəsinin ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynadığı vurğulanıb. İqtisadi-ticarət, qarşılıqlı investisiya qoyuluşu, logistika və s. sahələrdə tərəfdaşlığın genişləndiyi diqqətə çatdırılıb. Azərbaycanın regionda bərpaolunan enerjinin istehsalı və ixracı ilə bağlı bir sıra layihələrin əsas təşəbbüskarı və iştirakçısı olduğu vurğulanıb. BƏƏ-nin “Masdar” şirkəti ilə “yaşıl” enerji sahəsində həyata keçirilən uğurlu əməkdaşlıq enerji təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

Ölkəmizin regional tərəfdaşlığa verdiyi önəm və töhfələr diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı dövlətləri ilə müxtəlif platformalarda səmərəli əməkdaşlıq edir.

Qeyd edilib ki, ölkəmizin əlverişli coğrafi mövqeyi, mühüm nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, tranzit imkanlarının artması investorların fəaliyyəti üçün geniş imkanlar açır. Bu imkanlardan yararlanan BƏƏ iş adamları ilə birgə layihələrin icrası regional əməkdaşlığı daha da genişləndirə bilər.

Görüşdə iki ölkə arasında tərəfdaşlığın gücləndirilməsi, “yaşıl” enerji və digər sahələrdə birgə təşəbüslərin reallaşdırılması, COP29 çərçivəsində əməkdaşlıq istiqamətləri, təcrübə mübadiləsinin aparılması kimi məsələlər müzakirə olunub.

Paylaş:
220

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər