Azərbaycan Prezidenti: Gələn il “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Prezidenti: Gələn il “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

Qafar Ağayev11:36 - 01 / 03 / 2024
Azərbaycan Prezidenti: Gələn il “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

Növbəti ilin birinci rübündə dərinsulu “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir.

1news.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib.

“Azəri-Çıraq-Günəşli”nin uzun müddət neft ixracımızın əsas mənbəyi olduğunu söyləyən dövlət başçısı deyib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, bizim qaz təchizatımıza əlavə mənbə olacaq.

Paylaş:
209

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər