Prezident Avropa İttifaqının energetika məsələləri üzrə komissarını qəbul edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Avropa İttifaqının energetika məsələləri üzrə komissarını qəbul edib - YENİLƏNİB

Qafar Ağayev14:51 - 01 / 03 / 2024
Prezident Avropa İttifaqının energetika məsələləri üzrə komissarını qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında iştirak edən Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonu qəbul edib.

"Report" xəbər verir ki, Kadri Simson İlham Əliyevə prezident seçkilərində qələbə, Azərbaycanın COP29-a ev sahibliyi etməsi və Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu yubiley iclası münasibətilə təbriklərini çatdırıb.

Dövlət başçısı təbriklərə görə minnətdarlığını bildirib.

Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Avropanın enerji təchizatında Azərbaycanın rolunun əhəmiyyətini və dayanıqlılığını vurğulayıb.

Söhbət zamanı gələcəkdə enerji növləri ilə yanaşı, bərpaolunan enerji layihələrinin də həyata keçirilməsinin perspektivləri və Azərbaycanda icra olunan layihələrdə Avropa şirkətlərinin investor qismində daha fəal rol oynaması ilə bağlı imkanlar müzakirə olunub. Həm COP29, həm də enerji əməkdaşlığının inkişaf etdirilməsi istiqamətində gələcək addımlar və fəaliyyət planı ilə bağlı fikir mübadiləsi aparıldı, ölkəmizin qlobal metan azaldılması təşəbbüsünə qoşulması çox yüksək qiymətləndirilib.

***

11:41

Prezident İlham Əliyev Avropa İttifaqının energetika məsələləri üzrə komissarını qəbul edib.

1news.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında iştirak edən Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simsonu qəbul edib.

Paylaş:
524

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər