Ceyhun Bayramov Türkiyə Müdafiə Sənayesi Agentliyinin Prezidenti ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov Türkiyə Müdafiə Sənayesi Agentliyinin Prezidenti ilə görüşüb

Qafar Ağayev12:58 - 01 / 03 / 2024
Ceyhun Bayramov Türkiyə Müdafiə Sənayesi Agentliyinin Prezidenti ilə görüşüb

1 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyə Müdafiə Sənayesi Agentliyinin Prezidenti Haluk Görgünlə görüşüb.

XİN-dən 1news.az-a verilən xəbərə görə, görüş zamanı iki qardaş ölkə arasında hərbi sənaye sahəsində əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub.

Bir sıra istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsi, habelə digər qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Paylaş:
496

Son xəbərlər

Messinin atası vəfat edib

08 / 08 / 2026, 15:55
Bütün xəbərlər