Azərbaycan və Qətər Mərkəzi Bankları əməkdaşlığı müzakirə etdi
Azərbaycan Mərkəzi Bankı (AMB) və Qətər Mərkəzi Bankı arasında qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib.
1news xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkə hesabında bildirib.
"Birləşmiş Ərəb Əmirliklərinə baş tutan məhsuldar səfərimizdən sonra bu gün Qətərdə nəzərdə tutulan görüşlərimizə Qətər Mərkəzi Bankının sədri Şeyx Bəndər bin Məhəmməd bin Səid Al Tani ilə Doha şəhərində keçirdiyimiz görüşlə başladıq. Görüş zamanı hər iki ölkədə maliyyə sektorunun cari vəziyyəti və aparılan islahatlar, həmçinin ölkələrimiz arasında, xüsusən mərkəzi banklar, eləcə də maliyyə sektoru arasında qarşılıqlı əməkdaşlıq perspektivləri barədə faydalı müzakirələr apardıq", - deyə o qeyd edib.
219