“AŞPA-da Azərbaycana qarşı qərəzli və çirkin kampaniya aparılır” – İlham Əliyev | 1news.az | Xəbərlər
Siyasət

“AŞPA-da Azərbaycana qarşı qərəzli və çirkin kampaniya aparılır” – İlham Əliyev

Qafar Ağayev12:54 - 04 / 03 / 2024
“AŞPA-da Azərbaycana qarşı qərəzli və çirkin kampaniya aparılır” – İlham Əliyev

Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı qərəzli və çirkin kampaniya aparılır.

1news.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 4-də Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovu qəbul edərkən deyib.

Dövlət başçısı Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini bildirib. Bundan sonra bir sıra Avropa təsisatları tərəfindən Azərbaycana qarşı genişmiqyaslı kampaniyanın başlandığını və bunun qərəzli xarakter daşıdığını qeyd edib. Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı qərəzli və çirkin kampaniyanın aparıldığını deyən dövlətimizin başçısı bu cür yanaşmanın nümayəndə heyətimiz üçün dözülməz olduğunu vurğulayıb. Bu ədalətsizliyə qarşı bir sıra ölkələrin parlamentləri tərəfindən mövqenin ifadə olunduğunu qeyd edib.

Azərbaycan Prezidenti hətta 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycanın sülhün irəli aparılması üçün təşəbbüslərinə Ermənistanın müsbət münasibət bildirmədiyini, əksinə Qarabağda silahlandırma və militarizasiya siyasəti apardığını, həmin ərazilərə böyük həcmdə minaların və silah-sursatın göndərilməsini davam etdirdiyini xatırladıb.

Paylaş:
327

Son xəbərlər

COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti keçirilirBu gün, 13:21ADY Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edirBu gün, 12:55Azərbaycan Prezidenti müstəmləkə keçmişi olan ölkələri kiçik ada dövlətlərinə yardım etməyə çağırıbBu gün, 12:46COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti keçirilir Prezident İlham Əliyev tədbirdə iştirak edirBu gün, 12:38Sabahın hava proqnozuBu gün, 12:07İlham Əliyev və Şavkat Mirziyoyev videobağlantı vasitəsi ilə Xankəndidə tikiş fabrikinin açılışında iştirak ediblərBu gün, 11:56Muxtar Babayev: “İqlim dəyişikliyi ilə bağlı hesabatlar planetimizdə bu sahədə yaranan vəziyyəti əks etdirir”Bu gün, 11:50Ayxan Hacızadə: Ermənistanın transsərhəd çaylara zərərli maddələr axıtması Xəzərin çirklənməsinə səbəb olurBu gün, 11:39COP29-da Azərbaycan, Qazaxıstan və Özbəkistan “yaşıl enerji dəhlizi”nin yaradılması üzrə memorandum imzalayıblarBu gün, 11:35Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin üçtərəfli görüşü olubBu gün, 11:26Əminə Ərdoğan İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür edibBu gün, 11:21DYP piyadalara müraciət edibBu gün, 10:53Azərbaycan neftinin qiyməti 74 dolları keçibBu gün, 10:33Əmtəə bazarlarında qızıl 2 600 dollar civarında ticarət olunurBu gün, 10:15Sumqayıtda biri azyaşlı 3 nəfər dəm qazından zəhərlənibBu gün, 09:57Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVABu gün, 09:38Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 09:27Xəzər dənizində zəlzələ olubBu gün, 09:13XİN: Ermənistanın qanunsuzluqları Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən araşdırılacaqBu gün, 09:04İtaliyanın Baş naziri Azərbaycana səfərə gəlibBu gün, 09:02
Bütün xəbərlər