Od çərşənbəsində ölkə ərazisində yüksək temperatur rejimi qeydə alınır | 1news.az | Xəbərlər
Cəmiyyət

Od çərşənbəsində ölkə ərazisində yüksək temperatur rejimi qeydə alınır

Qafar Ağayev10:12 - 05 / 03 / 2024
Od çərşənbəsində ölkə ərazisində yüksək temperatur rejimi qeydə alınır

Novruz bayramının ikinci çərşənbəsi olan Od çərşənbəsində ölkə ərazisində yüksək temperatur rejimi qeydə alınır, Abşeron yarımadasında və bəzi bölgələrdə havanın temperaturu 13 dərəcəyədək yüksəlib.

Bu da iqlim normasından 3 dərəcəyədək yüksəkdir.

1news.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, Od çərşənbəsində son 10 ilin ən yüksək temperatur göstəricisi ötən il qeydə alınıb. Belə ki, temperatur iqlim normasından 7 dərəcə yüksək olub. Abşeron yarımadasında 18, bəzi bölgələrdə 23, dağlıq ərazilərdə 15 dərəcə isti olub.

“Bu il Od çərşənbəsində ölkə ərazisində hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz, gündüz saatlarında bəzi dağlıq ərazilərdə isə qısamüddətli yağıntılı olacağı gözlənilir. Gecə və səhər ölkənin bəzi ərazilərində zəif duman olacaq. Havanın maksimal temperaturu Aran rayonlarında 15 dərəcə isti, dağlıq rayonlarda isə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacaq.

Bakıda və Abşeron yarımadasında bu gün mülayim şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 13 dərəcə isti olacaq”.

Paylaş:
223

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər