AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir
Azərbaycanın milli aviadaşıyıcısı AZAL Novruz bayramı ərəfəsində növbəti endirim aksiyasına start verir.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Aviaşirkət Novruz çərşənbələrindən biri olan Od çərşənbəsində Almatı və Astana istiqamətləri üzrə aviabiletlərə endirim təklif edir.
Xüsusi qiymətlər martın 5-də əldə edilən aviabiletlərə tətbiq edilir. Aksiya yüksək tələbat dövrü istisna olmaqla, aviaşirkətin 1 aprel–31 may 2024-cü il tarixlərində həyata keçirəcəyi reyslərinə şamildir.
Astana şəhərinə aviabiletlərin qiyməti bir tərəfə 169 manat, hər iki istiqamətdə 338 manat təşkil edir. Almatı şəhərinə bir tərəfə 239 manata, gediş-dönüş aviabiletlərini isə 399 manata əldə etmək olar.
Aksiya çərçivəsində aviabiletlərin qiymətinə hava limanı rüsumları daxildir. Endirimli aviabiletlərin sayı məhduddur.
Qeyd edək ki, biletlərin qiymətinə baqaj daxil deyil, lakin 10 kq-a qədər əl yükünün daşınmasına icazə verilir.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.