Azyaşlı uşaqla fotoya görə Dubayda çıxışlarına qadağa qoyulan azərbaycanlılar qayıdırlar | 1news.az | Xəbərlər
Cəmiyyət

Azyaşlı uşaqla fotoya görə Dubayda çıxışlarına qadağa qoyulan azərbaycanlılar qayıdırlar

Qafar Ağayev15:54 - 06 / 03 / 2024
Azyaşlı uşaqla fotoya görə Dubayda çıxışlarına qadağa qoyulan azərbaycanlılar qayıdırlar

Dekabr ayında Birləşmiş Ərəb Əmirliklərinə turist kimi səfər edən və azyaşlı uşaqla şəkil çəkdirdikləri üçün müəyyən problemlərlə üzləşərək BƏƏ-dən çıxışlarına qadağa qoyulan Emin Cəlilov və Mehman Pənahov bir saat əvvəl vətənə yola düşüb.

1news.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı məlumat verib.

Qeyd edək ki, dekabrda Birləşmiş Ərəb Əmirliklərinə gəzməyə gedən iki Azərbaycan vətəndaşı orada qaradərili uşaqla icazəsiz şəkil çəkdirdiyi çıxışlarına qadağa qoyulmuşdu.

Paylaş:
636

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər