Muxtar Babayev Yeni Zelandiya səfiri ilə COP29-a hazırlığı müzakirə edib | 1news.az | Xəbərlər
Siyasət

Muxtar Babayev Yeni Zelandiya səfiri ilə COP29-a hazırlığı müzakirə edib

Qafar Ağayev16:12 - 06 / 03 / 2024
Muxtar Babayev Yeni Zelandiya səfiri ilə COP29-a hazırlığı müzakirə edib

Yeni Zelandiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zoe Daun Kolson-Sinkler ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Bu barədə 1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri müzakirə olunub və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
291

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər