Şimali Koreya lideri orduya döyüş hazırlığının artırılması əmrini verib | 1news.az | Xəbərlər
Dünya

Şimali Koreya lideri orduya döyüş hazırlığının artırılması əmrini verib

Qafar Ağayev16:16 - 07 / 03 / 2024
Şimali Koreya lideri orduya döyüş hazırlığının artırılması əmrini verib

Şimali Koreya lideri Kim Çen In ABŞ və Cənubi Koreyanın 11 günlük birgə “Azadlıq Qalxanı” təliminə başlamasından sonra ölkənin qərbindəki hərbi bazaya baş çəkib.

1news.az iha.com.tr-yə istinadən xəbər verir ki, Şimali Koreya lideri yeri açıqlanmayan bazanı gəzib və əsgərlərin səhra hazırlığını yoxlayıb.

Mövcud vəziyyətin tələblərinə uyğun olaraq ordunun döyüş hazırlığını gücləndirərək dinamik şəkildə yeni dövrə başlaması lazım olduğunu bildirən Kim, döyüş hazırlığının artırılması əmrini verib.

Paylaş:
816

Son xəbərlər

Tovuzda minik maşını aşıb

17 / 04 / 2025, 14:24
Bütün xəbərlər