İlham Əliyev: Azərbaycan da islamofobiyadan əziyyət çəkən ölkədir | 1news.az | Xəbərlər
Siyasət

İlham Əliyev: Azərbaycan da islamofobiyadan əziyyət çəkən ölkədir

Qafar Ağayev10:19 - 08 / 03 / 2024
İlham Əliyev: Azərbaycan da islamofobiyadan əziyyət çəkən ölkədir

Azərbaycan da islamofobiyadan əziyyət çəkən ölkədir.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktubunda qeyd olunub.

Vurğulanıb ki, Ermənistan tərəfindən torpaqlarımızın 30 illik işğalının ən ağır fəsadlarından biri də bəşəri əhəmiyyətə malik mədəni irsimizin, o cümlədən İslam dininə aid abidələrin qəsdən dağıdılması və məhv olunmasıdır. “İlkin araşdırmalara görə, işğal dövründə 65 məscidin yerlə-yeksan edildiyinə dair məlumatlar olsa da, təəssüf ki, bu rəqəmlər getdikcə daha da artır və İslam irsinə qarşı erməni vandalizminin çoxsaylı yeni nümunələri ortaya çıxır”, - deyə məktubda diqqətə çatdırılır.

Paylaş:
375

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər