Bakı Dəmiryol Vağzalına avtomobillə gələnlərin nəzərinə! | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Dəmiryol Vağzalına avtomobillə gələnlərin nəzərinə!

Qafar Ağayev12:32 - 12 / 03 / 2024
Bakı Dəmiryol Vağzalına avtomobillə gələnlərin nəzərinə!

Nəqliyyatı Əlaqələndirmə Şurası nəqliyyat mübadiləsini və piyada axınını düzgün təşkili məqsədilə “28 May” metro stansiyası və Bakı Dəmiryol Vağzalının qarşısında fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırılması barədə qərar qəbul edib.

1news.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin məlumatında qeyd olunub.

Bildirilib ki, martın 12-dən etibarən bu ərazidən yalnız ictimai nəqliyyat vasitələri istifadə edə biləcək. Şəxsi avtomobillərin sözügedən ərazidə saxlanılması qadağan edilir.

Paylaş:
219

Son xəbərlər

Bütün xəbərlər