Azərbaycanlı hakim İspaniyanın oyununa təyinat alıb | 1news.az | Xəbərlər
Futbol

Azərbaycanlı hakim İspaniyanın oyununa təyinat alıb

Qafar Ağayev17:20 - 13 / 03 / 2024
Azərbaycanlı hakim İspaniyanın oyununa təyinat alıb

Beynəlxalq dərəcəli köməkçi hakim Sevda Nuriyeva UEFA-dan təyinat alıb.

1news.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 17 yaşadək qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin ikinci turu çərçivəsində Niderlandda keçiriləcək A liqasının V qrupunun oyunlarında köməkçi hakim funksiyasını yerinə yetirəcək.

Oyunların təqvimi:

14 mart

İspaniya – Türkiyə

Baş hakim: Joanna Vassalo (Malta)

Baş hakimin köməkçiləri: Sevda Nuriyeva, Van Gilst (Niderland)

Dördüncü hakim: Sterre Biylsma (Niderland)

17 mart

Niderland – Türkiyə

Baş hakim: Nanna Lof Andersen (Danimarka)

Baş hakimin köməkçiləri: Anna Şmidt (Danimarka), Sevda Nuriyeva

Dördüncü hakim: Joanna Vassalo (Malta)

20 mart

Türkiyə – Ukrayna

Baş hakim: Joanna Vassalo (Malta)

Baş hakimin köməkçiləri: Sevda Nuriyeva, Van Gilst (Niderland)

Dördüncü hakim: Sterre Biylsma (Niderland)

Paylaş:
1605

Son xəbərlər

Bütün xəbərlər