İKTA radioelektron vasitələrə icazələrin verilməsini asanlaşdırır | 1news.az | Xəbərlər
İqtisadiyyat

İKTA radioelektron vasitələrə icazələrin verilməsini asanlaşdırır

Qafar Ağayev11:50 - 13 / 03 / 2024
İKTA radioelektron vasitələrə icazələrin verilməsini asanlaşdırır

“Radioelektron vasitələrə verilən icazələr” adlı elektron xidmət yaradılıb. Operator və provayderlər, o cümlədən sahibkarlar idxal etmək istədikləri radioelektron vasitələri ilə bağlı sənədləşmə işlərini “bir pəncərə” prinsipi ilə “Radioelektron vasitələrə verilən icazələr” sistemi üzərindən həll etmək imkanı qazanacaqlar.

İnformasiya Kommunikasiya və Texnologiyaları Agentliyindən 1news.az-a verilən xəbər görə, bununla həm əlavə vaxt itkisinin qarşısı alınacaq, həm də radiotezliklərdən səmərəli istifadə olunacaq.

Qeyd edək ki, bu avadanlıqları ölkəyə gətirilməsini həyata keçirmək istəyən şəxs portala daxil olmaqla ilk olaraq nümunə üçün gətirdiyi məhsulların parametrlərini, qanunvericilikdə nəzərdə tutulmuş digər məlumatları və Akkreditasiyadan keçmiş Sınaq Laboratoriyası (ASL) tərəfindən verilmiş sertifikatları daxil edir. Əşyaların dövriyyəsinə xüsusi icazə almaq üçün təqdim edilən sənədlər müvafiq dövlət orqanı tərəfindən müəyyən edilmiş qaydada baxılır. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda müvafiq dövlət orqanında sənədlər qeydə alındığı gündən başlayaraq 10 gündən gec olmayan müddətdə əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi haqqında qərar qəbul edilir. Tətbiq edilən iş axını və informasiya sistemi nəticəsində əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi üçün tələb olunan müddət minimuma endiriləcək.
Növbəti mərhələlərdə radiotezliklərin ayrılması üçün elektron müraciətlərin qəbulu da bu sistem vasitəsilə mümkün olacaq. Nəticədə radiotezliklərin, radiovasitələrin səmərəli istifadəsinin təmin olunması üçün istismarın təşkili ilə əlaqədar bütün məlumatların vahid informasiya sistemində toplanılması ilə tamamlanacaq.
Radioelektron vasitələrin idxalı ilə məşğul olan, yaxud bu proseslə maraqlanan fiziki və hüquqi şəxslər “Radioelektron vasitələrə verilən icazələr” sistemi barədə sual və təkliflərlə bağlı İKTA-nın [email protected] elektron poçt ünvanı, yaxud (+99412) 493-38-52 telefon nömrəsi vasitəsilə əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) radiospektr idarəçiliyini həyata keçirən səlahiyyətli orqan olmaqla yanaşı, radiotezliklərdən səmərəli istifadənin təşkili, eləcə də Azərbaycan Respublikasının radiotezlik ehtiyatlarından istifadənin tənzimlənməsində və mühafizəsinin həyata keçirilməsində iştirak edir.

Paylaş:
272

Son xəbərlər

Şamaxıda narkokuryer tutuldu26 / 07 / 2024, 17:48MSK parlament seçkiləriylə əlaqədar seçki bülletenlərinə aid tələbləri təsdiqləyəcək26 / 07 / 2024, 17:40Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib26 / 07 / 2024, 17:27Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinə dekan təyin olunub26 / 07 / 2024, 17:24AZAL iki milyonuncu sərnişinini mükafatlandırdı26 / 07 / 2024, 17:08Aİ Şurası Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndə təyin edib26 / 07 / 2024, 17:05PAŞA Holding-in törəmə şirkətlərindən olan PAŞA Sığorta “İnklüzivlik ayı” adı altında sosial layihə həyata keçirib - FOTO26 / 07 / 2024, 17:00Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb26 / 07 / 2024, 16:49Qazaxıstanla müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq haqqında saziş təsdiqləndi26 / 07 / 2024, 16:41Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu yenidən qurulur - FOTO26 / 07 / 2024, 16:37Şimşək, yağış, 33 dərəcə isti - Faktiki hava26 / 07 / 2024, 16:29Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib26 / 07 / 2024, 16:23İqtisadiyyat Nazirliyində qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib26 / 07 / 2024, 16:15Milli Hidrometeorologiya Xidməti gözlənilən güclü küləkli hava şəraiti və sel təhlükəsi ilə bağlı çağırış edib26 / 07 / 2024, 16:01Qatarlara minik asanlaşdı: artıq elektron şəxsiyyət vəsiqəsi də keçərlidir26 / 07 / 2024, 15:53Azərbaycanın mədəniyyət naziri Serbiyanın mədəniyyət naziri ilə görüşüb26 / 07 / 2024, 15:45Təqaüdündən yığdığı 6600 manatla tur paketi aldı, aldadıldı - Şirkət və DİN-dən reaksiya26 / 07 / 2024, 14:38SİMA-nın yeni Videozəng həlli istifadəyə verildi26 / 07 / 2024, 14:35Mərkəzi Bank “Naxçıvanbank”da hesabı olanlara müraciət etdi26 / 07 / 2024, 14:29Qaxda Kürmükçaydan sel keçir26 / 07 / 2024, 14:26
Bütün xəbərlər