“Avroviziya 2024”də Azərbaycan muğamı da səsləndiriləcək - Fahree səhnəni İlkinlə bölüşəcək | 1news.az | Xəbərlər
Mədəniyyət

“Avroviziya 2024”də Azərbaycan muğamı da səsləndiriləcək - Fahree səhnəni İlkinlə bölüşəcək

Qafar Ağayev12:19 - 13 / 03 / 2024
“Avroviziya 2024”də Azərbaycan muğamı da səsləndiriləcək - Fahree səhnəni İlkinlə bölüşəcək

Məlum olduğu kimi Azərbaycanı "Avroviziya 2024" mahnı müsabiqəsində Fahree (Fəxri İsmayıl) təmsil edəcək.

İTV-nin mətbuat xidmətindən 1news.az-a bildirilib ki, Fahree səhnəni müğənni İlkin Dövlətov bölüşəcək.

İ.Dövlətov beynəlxalq mahnı müsabiqəsində səsləndiriləcək mahnıda yer alan muğam hissəsini oxuyacaq.

Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 may 2024-cü ildə planlaşdırılıb. Təmsilçimiz birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.

Azərbaycan təmsilçisi birinci yarımfinalda Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq, Avstraliya, Moldova iştirakçıları ilə yarışacaq.

Paylaş:
979

Son xəbərlər

Bütün xəbərlər