Ceyhun Bayramov BMT-nin Qaçqınlar üzrə Ali Komissarının müdafiə məsələləri üzrə köməkçisi ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov BMT-nin Qaçqınlar üzrə Ali Komissarının müdafiə məsələləri üzrə köməkçisi ilə görüşüb

Qafar Ağayev17:28 - 14 / 03 / 2024
Ceyhun Bayramov BMT-nin Qaçqınlar üzrə Ali Komissarının müdafiə məsələləri üzrə köməkçisi ilə görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov XI Qlobal Bakı Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan BMT-nin Qaçqınlar üzrə Ali Komissarının müdafiə məsələləri üzrə köməkçisi Ruven Menikdivela ilə görüşüb.

Bu barədə 1news.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMTQAK) ilə əməkdaşlıqdan irəli gələn məsələlər, habelə regionda cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin humanitar nəticələrinin aradan qaldırılması, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş vətəndaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması istiqamətində BMTQAK ilə həyata keçirilən birgə layihələrin əhəmiyyətini qeyd edib.

Qarşı tərəf postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri ilə bağlı məlumatlandırılıb.

Vətəndaşlarımızın işğaldan azad olunmuş ərazilərə ləyaqətli qayıdışının təmininə istiqamətlənən "Böyük Qayıdış" proqramının ölkəmiz üçün əsas prioritetlərdən biri olduğunu qeyd edən nazir Ceyhun Bayramov, bir sıra istiqamətlərdə BMTQAK ilə əməkdaşlığın davam etdirilməsində maraqlı olduğumuzu diqqətə çatdırıb.

Nazir Ceyhun Bayramov həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri ilə bağlı qarşı tərəfi məlumatlandıraraq, COP29 çərçivəsində BMTQAK ilə bir sıra birgə tədbirlərin təşkilinin mümkün olduğunu bildirib.

Ruven Menikdivela Azərbaycanın qaçqın və məcburi köçkün problemi ilə mübarizədə nümunəvi ölkələrdən biri olduğunu qeyd edərək, bu istiqamətdə hazırkı postmünaqişə dövründə BMTQAK-ın məcburi köçkünlərin qayıdışı çərçivəsində mümkün dəstəyi göstərməyə hazır olduğunu diqqətə çatdırıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Paylaş:
187

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər