DİM lokal xarakterli antiterror tədbirlərinə aid məqaləni yeniləyib, qəbul imtahanlarında istifadə olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

DİM lokal xarakterli antiterror tədbirlərinə aid məqaləni yeniləyib, qəbul imtahanlarında istifadə olunacaq

Qafar Ağayev17:32 - 14 / 03 / 2024
DİM lokal xarakterli antiterror tədbirlərinə aid məqaləni yeniləyib, qəbul imtahanlarında istifadə olunacaq

Dövlət İmtahan Mərkəzi “2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri”nə aid yenilənmiş məqaləni təqdim edib.

DİM-dən 1news.az-a verilən xəbərə görə,

Qarabağda antiterror tədbirlərinə dair 2024-cü il “Abituriyent” jurnalının 2-ci sayında dərc edilmiş, həmçinin ötən ilin noyabr ayından mərkəzin saytına yerləşdirilmiş məqalənin yeni redaktəsi ilə aşağıdakı keçidlər vasitəsilə tanış olmaq mümkündür:

2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri;

Антитеррористические мероприятия локального характера Азербайджанской армии в Карабахском регионе 19-20 сентября 2023 года.

Mövzunun vacibliyi nəzərə alınaraq, 2024-cü ildə II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında tarix fənnindən “2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri” mövzusuna aid tapşırıqlar da istifadə ediləcək.

2024-cü il “Abituriyent” jurnalının 2-ci sayında rus bölməsi üçün Ədəbiyyat (Литература) fənnindən dərc edilmiş “Методические рекомендации по произведениям С. Рустамханлы и Б. Вагабзаде” məqaləsi ilə isə bu keçid vasitəsilə tanış ola bilərsiniz.

Методические рекомендации по произведениям С. Рустамханлы и Б. Вагабзаде.

Məlumat üçün bir daha bildiririk ki, hazırda ümumtəhsil müəssisələrinin 11-ci siniflərində təhsil alanlar qeyd edilən mövzular haqqında istifadədə olan dərsliklərdən bilgi almayıblar.

Materiallar ödənişsizdir və hər kəs öz kompüterinə yükləyə bilər.

Paylaş:
436

Son xəbərlər

Bütün xəbərlər