Məmməd Abbasbəyli: “Azərbaycanda “Yaşıl iqtisadiyyat”ın inkişafı istiqamətində xüsusən də qanunvericilikdə yeni normalar yaradılır”
“Ölkəmizdə “Yaşıl iqtisadiyyat”ın inkişafı istiqamətində xüsusən də qanunvericilikdə yeni normalar yaradılır, institusional islahatlar aparılır, texnologiyaların inkişafı ilə bağlı fəaliyyət dərinləşdirilir”.
1news.az xəbər verir ki, bunu Ümumdünya İstehlakçı Hüquqları Gününə həsr olunmuş
"Yaşıl iqtisadiyyata keçidin istehlakçı davranışlarına və istehlak bazarına təsiri: çağırışlar və perspektivlər" Forumunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.
O, bildirib ki, Ölkədə qəbul edilən inkişaf konsepsiyaları, strateji yol xəritələri və dövlət proqramları yaşıl iqtisadiyyatın inkişafını təşviq edir.
“Azərbaycan Respublikası “yaşıl iqtisadiyyat”ın inkişafı ilə bağlı mövcud olan potensialın reallaşdırılması istiqamətində dövlətin dəstəyi də yeni imkanlar açır. Ölkəyə yaşıl investisiyaların cəlb edilməsi, “yaşıl maliyyələşdirmə” təşəbbüslərinin dəstəklənməsi də bu baxımdan əhəmiyyət kəsb edir.Təsadüfi deyildir ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də 5-ci prioritet "Təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi" adlanır. Burada ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviqi, ekoloji baxımdan əlverişli olan "yaşıl" texnologiyaların tətbiqinin genişləndirilməsi ilə bağlı qarşıya konkret tapşırıqlar qoyulub”.
Qafar Ağayev