Xidmət rəisi: “İstehlakçıların məlumat almaq hüququnu pozan şəxslərlə bağlı tədbirlər görülür”
“İstehlakçıların məlumat almaq hüququnun təmin edilməsi məqsədilə Dövlət Xidmətinin müvafiq şöbələri tərəfindən mütəmadi olaraq ölkə ərazisində fəaliyyət göstərən sahibkarlarla görüşlər keçirilir, qanunvericiliyin tələbləri, istehlakçıların hüquqlarının təmin edilməsinin zəruriliyi onların diqqətinə çatdırılır”.
1news.az xəbər verir ki, bunu Ümumdünya İstehlakçı Hüquqları Gününə həsr olunmuş "Yaşıl iqtisadiyyata keçidin istehlakçı davranışlarına və istehlak bazarına təsiri: çağırışlar və perspektivlər" Forumunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.
“Eyni zamanda Dövlət Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq istehlakçıların məlumat almaq hüququnun pozulması hallarında müvafiq şöbə tərəfindən pozuntuya yol verən şəxslər barəsində mütəmadi olaraq inzibati qanunvericiliyə uyğun müvafiq tədbirlər həyata keçirilir”.