AZAL və ABB-dən yeni fürsət: aviabiletləri artıq taksitlə əldə etmək mümkündür
Azərbaycanın milli aviadaşıyıcısı AZAL ABB ilə əməkdaşlıq çərçivəsində aviadaşımaları və səyahətləri geniş auditoriya üçün daha da əlçatan edən yeni imkan təqdim edir.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, artıq sərnişinlər TamKart kredit kartı ilə aviabiletləri faizsiz və komissiyasız taksitlə əldə edə bilərlər.
Aviabiletləri taksitlə almaq imkanı AZAL-ın bütün istiqamətləri üçün keçərlidir. TamKart kartı ilə aviabilet alışı zamanı ödənişləri 2 və ya 3 aya bölmək mümkündür. Aviabiletləri taksitlə əldə etmək üçün sərnişinlər:
- Bileti seçib ödəniş mərhələsinə keçməli;
- Ödəniş üsulu kimi TamKart-ı seçməlidirlər.
Hissə-hissə ödəniş imkanı ilə aviabiletləri onlayn qaydada AZAL-ın rəsmi www.azal.az saytından və aviaşirkətin yenilənmiş mobil tətbiqindən əldə etmək olar.
ABB-nin TamKart-ını onlayn sifariş vermək üçün: https://abb-bank.az/az/ferdi/kartlar.