Bakıda tozlu hava müşahidə olunur | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda tozlu hava müşahidə olunur

Qafar Ağayev15:23 - 15 / 03 / 2024
Bakıda tozlu hava müşahidə olunur

Avtomat stansiyalardan əldə edilən məlumatlara əsasən Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva 1news.az-a bildirib ki, havada tozun miqdarı 1.5-1.7 dəfə normadan artıqdır.

"Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq transsərhəd xarakter daşıyır və gün ərzində davam edəcəyi gözlənilir”.

Paylaş:
206

Son xəbərlər

Bütün xəbərlər