Nazir: “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün fürsət yaranıb” | 1news.az | Xəbərlər
Siyasət

Nazir: “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün fürsət yaranıb”

Qafar Ağayev11:41 - 15 / 03 / 2024
Nazir: “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün fürsət yaranıb”

Hazırda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün tarixi şans yaranıb.

1news.az xəbər verir ki, bunu Bakıda Azərbaycan, Gürcüstan və Türkiyənin XİN rəhbərlərinin 9-cu üçtərəfli görüşünün yekunları üzrə mətbuat konfransı zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Bu gün digər məsələlərlə yanaşı Türkiyə və Gürcüstandan olan həmkarlarımla Ermənistanla münaqişədən sonrakı vəziyyət, bərpa və qurulucuq işləri, məcburi köçkünlərin geri dönüşü, minalardan təmizlənməsi barədə məlumatları bölüşdüm.

Ölkəmizin ərazi bütövlüyünün bərpa edildikdən sonra Ermənistanla sülhün əldə olunması üçün tarixi şans yaranıb və Azərbaycan bunun üçün lazım olan addımları atır. Beynəlxalq ictimaiyyət Ermənistanı revanşint ideyalardan yayındırmaq, danışırlara sövq etmək üçün müsbət addımlar atmalıdır”, - deyə nazir bildirib.
Qafar Ağayev

Paylaş:
232

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər