Lerikdə 3 ailənin 11 üzvü qidadan zəhərlənib | 1news.az | Xəbərlər
Cəmiyyət

Lerikdə 3 ailənin 11 üzvü qidadan zəhərlənib

13:47 - 27 / 03 / 2024
Lerikdə 3 ailənin 11 üzvü qidadan zəhərlənib

Lerikdə zəhərlənmə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) açıqlama verib.

1news.az "Report"a istinadən xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, 27.03.2024-cü il tarixdə saat 06:00-da zəhərlənmə şübhəsi ilə bağlı 11 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib.

Həmin şəxslərə zəruri ilkin tibbi xidmətlər göstərilib, analiz nümunələri götürülüb. Onlar vəziyyətlərinə uyğun olaraq ambulator müalicə üçün evə buraxılıblar.

Paylaş:
331

Son xəbərlər

Bütün xəbərlər