Qubadlı rayonunda 73 minaatan mərmisi aşkar edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubadlı rayonunda 73 minaatan mərmisi aşkar edilib

09:09 - 27 / 03 / 2024
Qubadlı rayonunda 73 minaatan mərmisi aşkar edilib

Qubadlı rayonunda sursat aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan 1news.az-a verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları Mahmudlu kəndi ərazisindən xeyli sayda sursat aşkar ediblər.

Aşkar edilən 1 mina, 73 minaatan mərmisi və 1000-ə yaxın patron aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
301

Son xəbərlər

Bütün xəbərlər