“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTO

Qafar Ağayev12:15 - 28 / 03 / 2024
“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus RoPax tipli “Azərbaycan” gəmi-bərəsinin tərsanə təmiri yekunlaşıb.

ASCO-dan 1news.az-a verilən məlumata görə, təmir işləri "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb.

Gəmi üzrə boru işləri görülüb, müxtəlif təyinatlı nasoslar təmir olunub. Bərənin sualtı və suüstü hissəsi, vaqon və avtomobil göyərtəsi təmizlənərək rənglənib. Həmçinin gəmi heyətinin yaşayış şəraitini yaxşılaşdırmaq üçün kayutlarda lazımi işlər yerinə yetirilib.

Təmir başa çatdıqdan sonra gəmi-bərə yenidən istismara qaytarılıb.

Məlumat üçün bildirək ki, ”Azərbaycan” gəmi-bərəsinin uzunluğu 154,50, eni 17,7 metr, bortunun hündürlüyü isə 7,5 metrdir. Yükgötürmə qabiliyyətinə görə Xəzərdə hazırda mövcud bərələrdən böyükdür və 100 nəfər sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TIR daşımaq imkanına malikdir.

Paylaş:
367

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər