Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıb

Qafar Ağayev17:30 - 29 / 03 / 2024
Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo ilə görüşüb.

1news.az xəbər verir ki, görüşdə iqtisadiyyat naziri ölkəmizin BMT və onun təşkilatları ilə əməkdaşlığa önəm verdiyini vurğulayıb. Azərbaycan iqtisadiyyatının inkişaf tendensiyası və əldə edilən nəticələr, Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə bağlı görülən işlər, işğaldan azad olunmuş ərazilərimizin reinteqrasiyası istiqamətində həyata keçirilən tədbirlərlə bağlı məlumat verilib.

Alessandra Rokkasalvo təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlıq çərçivəsindən məmnunluğunu ifadə edib, müxtəlif sektorlar üzrə inkişaf tədbirlərini nəzərdə tutan layihələrin, həmçinin, DİM-lərə investisiyaların cəlb olunmasının əhəmiyyətini qeyd edib, COP29-la bağlı dəstəyə hazır olduqlarını bildirib.

Görüşdə əməkdaşlığın gündəliyində olan məsələlər, o cümlədən, dayanıqlı inkişaf üçün maliyyələşmə mexanizmlərinin tətbiqi, işğaldan azad olunmuş ərazilərə qayıdış, enerji səmərəliliyinə investisiyaların artırılması istiqamətində layihələrin perspektivləri, COP29-la bağlı potensial tərəfdaşlıq müzakirə olunub.

Paylaş:
399

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər