Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEO

Qafar Ağayev09:46 - 29 / 03 / 2024
Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEO

Abşeron rayonunun Xırdalan şəhəri ərazisində partladıcı və qumbaralar tapılıb.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu və hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 12 ədəd F-1 əl qumbarası, 4 ədəd UZRQM partladıcısı olduğu müəyyən edilib.

Sursatlar zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Paylaş:
280

Son xəbərlər

Bütün xəbərlər