Bakının Suraxanı rayonunda qaz kəsiləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının Suraxanı rayonunda qaz kəsiləcək

10:22 - 01 / 04 / 2024
Bakının Suraxanı rayonunda qaz kəsiləcək

Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsini təbii qazla təmin edən orta təzyiqli qaz kəmərində "Təmiz Qaz" QSC-nin aşkar etdiyi sızmaların ləğvi, eləcə də rayonun Əmircan qəsəbəsindəki Hasil Bayramov küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə bu gün qaz təchizatının dayandırılması planlaşdırılır.

1news.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, bu müddətdə Suraxanı rayonunun Atamoğlan Rzayev, Malik Mustafayev, Səttar Bəhlulzadə, Hasil Bayramov küçələrində qaz kəsiləcək.

Paylaş:
322

Son xəbərlər

Bütün xəbərlər