Martda xaricdə təhsil alan 58 nəfərin diplomu tanınmayıb - SƏBƏB | 1news.az | Xəbərlər
Cəmiyyət

Martda xaricdə təhsil alan 58 nəfərin diplomu tanınmayıb - SƏBƏB

Qafar Ağayev12:30 - 03 / 04 / 2024
Martda xaricdə təhsil alan 58 nəfərin diplomu tanınmayıb - SƏBƏB

Mart ayı üzrə 313 müraciətçinin 255-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilmiş, 58 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən 1news.az-a verilən məlumata görə, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 38, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 11, dövlət nümunəli olmayan diplom üzrə 6, ekvivalenti olmayan ixtisas üzrə 2, təhsil forması üzrə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 94, Rusiya Federasiyasından 78, Türkiyə Respublikasından 73, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından 18, Gürcüstandan 18, Belarus Respublikasından 5, Polşa Respublikasından 5, Çin Xalq Respublikasından 4, Macarıstandan 3, Amerika Birləşmiş Ştatlarından 2, Fransa Respublikasından 2, İsveçrə Konfederasiyasından 2, Koreya Respublikasından 2, Litva Respublikasından 2, Almaniya Federativ Respublikasından 1, İspaniya Krallığından 1, Malayziyadan 1, Niderland Krallığından 1, Qırğız Respublikasından 1 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə üzrə 44, iqtisadiyyat üzrə 34, menecment üzrə 27, biznesin idarə edilməsi üzrə 22, hüquqşünaslıq üzrə 11 müraciətçi qeydə alınmışdır.

Bildiririk ki, sənədlərə ortalama baxılma müddəti 16 iş günü təşkil etmişdir.

Paylaş:
519

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər