Sabah 22 dərəcə isti olacaq - Proqnoz | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah 22 dərəcə isti olacaq - Proqnoz

Qafar Ağayev12:56 - 03 / 04 / 2024
Sabah 22 dərəcə isti olacaq - Proqnoz

Aprelin 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Məlumata görə, gündüz bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Səhərdən başlayan güclü şimal-qərb küləyi axşama doğru mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 11-16° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında səhər şimal və qərb rayonlarından başlayaraq havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru qərb rayonlarından başlayaraq yağıntılar kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 7-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.

Paylaş:
82

Son xəbərlər

Sabunçuda köməkçi tikili yanıbBu gün, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıbBu gün, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıbBu gün, 13:04Bazar gününün hava proqnozuBu gün, 12:49Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 12:33Bakıda evdən 7 min manatlıq qızıl-zinət əşyası oğurlayan şəxs saxlanılıbBu gün, 12:23XRİTDX istifadəçilərə ödənişsiz sandbox sistemlərinə dair xəbərdarlıq edibBu gün, 12:11Yeni təhsil proqramları əsasında təsnifata yeni ixtisasın əlavə olunması halları müəyyənləşibBu gün, 11:56Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində - FOTOBu gün, 11:49FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:33Ağsuda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıbBu gün, 11:32Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub - FAKTİKİ HAVABu gün, 11:14Səfirlik Hyuston şəhərində yaşayan Azərbaycan vətəndaşlarına müraciət edibBu gün, 11:09DYP atmosferin çirklənməsinin qarşısının alınması məqsədilə sürücülərə müraciət edibBu gün, 10:52Xankəndi şəhəri ərazisindən son bir həftədə 59 qumbara və 33 avtomat tapılıbBu gün, 10:40Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 10:29Beyləqanda 4 nəfərdən narkotik aşkarlanaraq götürülübBu gün, 10:17Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanılıbBu gün, 10:06“Qarabağ üçün qalib ol!”: Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı Marafonunda birlikdə iştirak edəcəklər - FOTO03 / 05 / 2024, 20:32“Dalğa – 2024” birgə taktiki təliminin yekun nəticələri təhlil edilib03 / 05 / 2024, 17:48
Bütün xəbərlər