Milli Məclisin sədri Mövlud Çavuşoğlu ilə görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Məclisin sədri Mövlud Çavuşoğlu ilə görüşüb

Qafar Ağayev16:41 - 04 / 04 / 2024
Milli Məclisin sədri Mövlud Çavuşoğlu ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin NATO PA-da nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən xəbərə görə, görüşdə qardaş ölkələrimiz arasında münasibətlərin özünün ən yüksək səviyyəsində olduğu, Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarını rəhbər tutan Azərbaycan və Türkiyənin bütün məsələlərdə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirdiyi diqqətə çatdırılıb.

Qeyd olunub ki, prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında qarşılıqlı hörmət və etimada əsaslanan qardaşlıq münasibətlərinin, onların siyasi iradəsinin və qətiyyətinin nəticəsidir ki, münasibətlərimiz müttəfiqlik səviyyəsinə çatıb.

Spiker Sahibə Qafarova özünün Türkiyəyə rəsmi səfərlərini, həmçinin, TBMM sədri Numan Kurtulmuşla görüşlərini məmnunluqla xatırladıb və qarşılıqlı səfərlərin parlamentlərimiz arasında əlaqələrin yüksək səviyyəsinin göstəricisi olduğunu söyləyib. Görüşdə “Azərbaycan Respublikasının Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında əməkdaşlıq haqqında” Sazişin Şuşa Bəyannaməsinin parlamentlərarası əməkdaşlığa dair bəndinin həyata keçirilməsi və Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin parlament səviyyəsində də əks etdirilməsi baxımından mühüm bir mexanizm olduğu vurğulanıb.

Azərbaycanda olmaqdan məmnunluğunu bildirən Mövlud Çavuşoğlu bu il ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərində Prezident İlham Əliyevin tarixi səs fərqi ilə qələbə qazanması münasibəti ilə təbriklərini çatdıraraq, deyib ki, bu qələbə Prezident İlham Əliyevin xalq qarşısındakı misilsiz xidmətlərinin, Qarabağ zəfərinin nəticəsidir.

Görüşdə parlamentlərimizin beynəlxalq platformalarda əməkdaşlığının hazırkı səviyyəsindən razılıq ifadə olunub. Qeyd edilib ki, parlamentlərimiz mühüm əməkdaşlıq istiqamətlərindən biri də ayrı-ayrı beynəlxalq parlament təşkilatlarındakı nümayəndə heyətlərimiz arasında onsuz da çox sıx olan əlaqələrin daha da gücləndirilməsi, ortaq mövqeyin formalaşdırılması, birgə fəaliyyətin təmin edilməsi üçün müntəzəm ünsiyyət kanallarının yaradılmasıdır. Mövlud Çavuşoğlunun bugünkü səfəri də hər iki parlamentin bu istiqamətdə əlaqələri gücləndirmək niyyətini əks etdirir.

Söhbət zamanı xüsusilə vurğulanıb ki, bu gün bəzi beynəlxalq təşkilatlarda ölkələrimizə qarşı ikili standartların şahidi oluruq. Ölkəmizə qarşı xüsusi qərəzliliyi ilə seçilən təşkilatlardan biri də Avropa Şurasının Parlament Assambleyasıdır. Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, bu gün AŞPA təəssüf ki, Mövlud Çavuşoğlunun prezident olduğu dövrdəki qurum deyil. Bu təşkilat çox dəyişib. Artıq AŞPA-da dəyərlər qalmayıb, təşkilat obyektivliyini itirib.

Söhbət zamanı regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasının da vacibliyi qeyd edilib. Mövlud Çavuşoğlu diqqətə çatdırıb ki, Azərbaycanın sabitliyi, inkişafı təkcə region üçün deyil, Avropa və Asiya üçün də əhəmiyyətlidir. O, çox təəssüflə bildirib ki, bu gün Fransa başda olmaqla, Ermənistana mənfi təsir edən ölkələr var. Lakin Azərbaycan tək deyil. Türkiyə sülhü dəstəkləyir və qardaş ölkə olaraq bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcək.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Paylaş:
238

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər