Direktor: “Kosmik monitorinq 5 istiqamət üzrə aparılıb”
“Peyk texnologiyalarından istifadə etməklə iqlim dəyişikliyi ilə bağlı baş vermiş təsirlərin qiymətləndirilməsi və iqlim dəyişikliyinə qarşı aparılan tədbirlərin effektivliyinin artırılması məqsədi ilə Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən həyata keçirilmiş monitorinqlərin nəticələrinə dair hesabat hazırlanıb”.
1news.az xəbər verir ki, bunu “İqlim dəyişikliklərinə kosmik baxış” adlı tədbirdə İqlim hesabatı adlı elektron platformanın təqdimatı Azərkosmosun Сoğrafi İnformasiya Sistemləri Mərkəzinin direktoru, İsmət Baxışov deyib.
“Kosmik monitorinqin həyata keçirilməsi məqsədilə ölkə üzrə Azersky peyk təsvirləri ilə yanaşı açıq mənbələrdən də istifadə olunmuşdur. İqlim dəyişikliyinin təsirlərinin monitorinq olunması üçün ətraf mühitin hazırkı vəziyyətinin əvvəlki illərlə müqayisəli təhlil edilmiş və qiymətləndirilmişdir. Həmçinin, su ehtiyatlarının ekoloji vəziyyəti, dəyişmə tendensiyasının qiymətləndirilməsi və hidroloji vəziyyətin formalaşmasına təsir edən təbii və antropogen amillər monitorinq olunmuşdur. Daha dolğun nəticələrin əldə olunması məqsədilə kosmik monitorinq 5 istiqamət üzrə aparılmışdır: kriosfer, hidrosfer, litosfer, biosfer və atmosfer”.