“Qaçqınkom”un iki departamenti ləğv olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qaçqınkom”un iki departamenti ləğv olunub

Qafar Ağayev16:44 - 06 / 04 / 2024
“Qaçqınkom”un iki departamenti ləğv olunub

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna dəyişiklik edilib.

1news.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturu”nda dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.

Dəyişikliklə “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturu”nun 2-ci və 4-cü hissələri ləğv edilib.

Belə ki, qurumun Repatriasiya departamenti və Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamenti ləğv olunub.

Paylaş:
454

Son xəbərlər

Bütün xəbərlər